Sabahdan ölkə ərazisində
müddətli həqiqi hərbi xidmətə çağırış başlayır.
Metbuat.az bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların 2017-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Çağırışçılar hansı qoşun növü və hərbi hissəyə düşdüyünü öyrənmək istəyirlər. Bunun üçün çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini "9100"-la qısa mesaj şəklində göndərib məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlarla istifadə mümkündür. Eyni zamanda, 30 iyun tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Hərbi xidmətlə bağlı suallarınızı isə elektron formada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin elektron ünvanına göndərə bilərsiniz: https://www.exidmet.seferberlik.gov.az/QuestionAndAnswer/Create
Hərbi xidmətlə bağlı ən çox verilən SUALLAR - VƏCAVABLARI...
Xəyalə
Məmmədova / METBUAT.AZ