Nigeriyada 700-dək “Boko Haram” radikal qruplaşmasının silahlısı hərbçilərə təslim olub.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nigeriya ordusunun bəyanatında deyilir.
“Digərləri kapitulyasiya prosesindədir. Bu isə “Boko Haram”ın müharibədə məğlub olduğundan xəbər verir”, deyə Nigeriya ordusunun qərargah rəisi Tukur Buratay bildirib.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.