Teleaparıcı Aysel Nazim artıq yay istirahətini tamamladığını və yeni layihə üzərində çalışdığını bildirib.

Metbuat.az-a açıqlama verən Aysel Nazim 12 günlük istirahətin ona lazım olan enerjini toplamağa yardımçı olduğunu əlavə edib:

"Oğlum Hakan ilə Türkiyə və Yunanstan adalarında istirahətdə idim.Türkiyədə İstanbul, Kocaeli, İzmir, Çeşme kimi gözəl məkanlarda dincəldik. Daha sonra Yunanstana yollandıq. Səfərimizə paytaxt Afinadan başlayıb, Maykonos adası, Santorini və Siros adasına kimi davam etdik. Bir ana üçün oğlu ilə birlikdə istirahət etməkdən gözəl nə ola bilər? Hər getdiyimiz yer haqda oğluma məlumat verirdim ki, uşaqlıqdan məlumatı olsun".

Teleaparıcı yaxın günlərdə yeni layihə ilə tamaşaçıların qarşısına çıxacağını da əlavə edib:

"Tam enerji ilə işə başlamışam. Artıq yeni verilişimizin povilyonu tam hazırdır. Bundan başqa, veriliş üçün Türkiyədə də çəkilişlər olub. Növbəti veriliş ilə bu ay tamaşaçıların qarşısına çıxağam".

Qeyd edək ki, Aysel Nazim hazırda "Space" telekanalında Milli Olimpiya Komitəsinin dəstəyi ilə nümayiş olunan "İdman hamı üçün" verilişinin aparıcısıdır.

Dilarə Zamanova

Aysel Nazim Aparıcı Türkiyə Yunanistan Afina