"Qızım hər çətinliyimdə yanımda olub".
Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Hər şey daxil" verilişində həyatındakı çətinliklər haqda danışarkən deyib:
“İnsan qəriblikdə olanda vətən üçün, ailəsi üçün darıxır. Mən ailəmə, ən çox da anama bağlı insanam. Hər bir valideynin arzusudur ki, övladı xoşbəxt olsun. Həmişə atasız uşaqlara ürəyim yanır. Çünki özüm Aysunu atasız böyütmüşəm. Çalışmışam ki, atasız olmasını hiss etməsin. Bütün əziyyətlərimi, çətin günlərimi Aysun mənimlə birgə yaşayıb".
Rəqsanənin dekolteli libası müzakirə olundu - FOTO-Oxumaq üçün bura tıkla
Dilarə Zamanova / Metbuat.az