Türkiyənin ən məşhur cütlüyü Burak Özçivit ilə Fahriye Evcen iyun ayının 29-da evlənib.
Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, onlar dəniz kənarındakı məkanların birində toy ediblər.
Cütlük toydan sonra balayı üçün Maldiv adalarına gedib. Cütlük sosial şəbəkədə tətil zamanı çəkilən şəkillərini yayıb.
Onların Maldiv tətili dünən bitib. İkili İstanbula qayıdıb. Onlar təyyarədə olarkən THY (Türk hava yolları) tərəfindən sürpriz edilib. Belə ki, şirkət cütlüyün fotosu olan deserti onlara təqdim edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində