“Dramatik rolları da bacarıram”.

Bu sözləri aktyor Müşfiq Şahverdiyev dramatik filmlərə nə üçün çəkilməməsi haqda Metbuat.az-a danışarkən deyib:

“Mən Mədəniyyət və İncəsənət Universitetinin dram aktyorluğu fakültəsində oxumuşam. Özü də çox yaxşı oxumuşam. İmtahanlarda hansısa əsərlərdən bir parça oynayırdıq. Yəni, bacarıram. Amma bu gün deyim ki, drama həvəsindəyəm, drama çəkək, yox, çünki hazırda komediyaya rəğbət daha çoxdur. Hazırda türk seriallarında o qədər drama var ki, cammat baxır doyur. Bizdə hələ ki, komediya yaxşı gedir”.

"Qonorar məni qane etmir" - Müşfiq Şahverdiyev-Oxumaq üçün bura tıkla

Dilarə Zamanova