Azərbaycan filmlərindən

Metbuat.az məşhur Azərbaycan filmlərindən yaddaqalan sitatları təqdim edir:

Sən öl, bir itin zibilinə düşmüşük. ("Yol əhvalatı"

Uşaqlar da deyir ki, atamız işə gedib. ("Bəyin oğurlanması")

Balaca küçələrdə balaca insanlar yaşayır. ("Məhəllə")

Niyə bizim qapımızı bir nəfər də açmayıb? Bəlkə mənim atam yaxşı adam deyil? ("Ad günü")

Adə, sən yetimin könlündən keçməsəydi, o da gəlib girməzdi sənin yuxuna... ("Yuxu")

Qəribə teleqramdır; imzası yoxdur. ("Gün keçdi")

Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? ("Uşaqlığın son gecəsi")

Əşi onun ərinin dünya vecinə deyil. ("Ölsəm bağışla")

Mən səni qaytarıram, onlar da məni rahat buraxırlar. ("Təhminə")

Bura sənin evindirsə, bəs onda mənim burada nə işim var? ("Gecə qonağı")

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR