Türkiyəli tanınmış aktrisa Fahriyye Evcen məşhur stilist dostu ilə küsüb.
Metbuat.az xəbər verir ki, aktyor Burak Özçivitlə ötən həftə ailə həyatı quran aktrisa Fahriyye Evcen neçə illik dostu, eyni zamanda gəlinliyinin dizayneri olan Raşit Bağzıbağlı ilə olan dostluğunu bitirib. Aktrisanın gəlinliyinin keçən il müğənni Kadir Doğulu ilə ailə həyatı quran həmkarı Neslihan Atagülün gəlinliyinə çox bənzəməsi aktrisanı əsəbiləşdirib və o, Raşit Bağzıbağla dostluq münasibətlərinə son qoyub.
Dilarə Zamanova