“İyulun 11-dən 13-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimal olunur:

“Qərb küləyi arabir güclənəcək. Bakıda və Abşeron yarmadasında yaxın 2 gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə saatlarında 28-32 dərəcə arasında dəyişəcək”.

Əlindən suluq çıxdı, bu hala düşdü... – FOTOLAR – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ