Məşhur aparıcının illər öncəki görüntüləri

Aparıcı Könül Arifqızının uşaqlıq görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu haqda aparıcının qardaşı müğənni-bəstəkar Murad Arif "Facebook" səhifəsində məlumat verib:

Kamran Həsənlinin avtomobilini əlindən aldılar - Borca görə... - Oxumaq üçün bura tıkla

“Mənim bacım, teleaparıcı Könül Arifqızı uşaq olanda Sumqayıt şəhəri haqda sənədli film çəkirdilər. Oxuduğu 15 nömrəli məktəbə gəlib, siniflərində çəkiliş aparmışdılar. Bu barədə heç mənim xəbərim olmayıb. Bu gün Könül o filmi tapıb, mənə göndərdi. Sinif kadrlarında ikinci cərgədə oturan qız var, yerindən qalxıb nəsə düzəldir. Bax o uşaq bu günün aparıcısı Könül Arifqızıdır”. 

Qeyd edək ki, Könül Arifqızı hal-hazırda İctimai TV-də aparıcı kimi çalışır.

Dilarə Zamanova 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR