Paytaxtda yataqxana binasında yanğın olub.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.
Yanğın zamanı 20 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
| Sabirabaddan çox üzücü xəbər gəldi - 1 ölü, 3 yaralı var - Oxumaq üçün tıkla |