Mobil operator istifadəçilərinin çoxu internetin sürətinin zəif olmasında şikayətlənir. Şəhər əhalisi arasında keçirdiyimiz sorğu zamanı bunun şahidi olduq. Maraqlıdır, sürətin zəifləməsinə səbəb nədir?
Problemlə bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirdi ki, mobil internetin keyfiyyəti birbaşa olaraq giriş nöqtələrinin tutumundan asılıdır. Yəni, hər hansı bir ərazidə mobil internetdən istifadə dənlərin sayı azdırsa, sürət yaxşı olur. İstifadəçilərin sayı artdıqca internetin sürəti də azalır. Operatorıar bu tutumu artırmalıdırlar.
"WhatsApp"-ın bu sirrini heç kim bilmir – YENİLİK – OXUMAQ ÜÇÜN TIKLAYIN! |
Xəyalə Məmmədova / METBUAT.AZ