Bu gün əməkdar artist Elşən Cəbrayılovun ad gündür.
Milli.Az bildirir ki, 40 yaşı tamam olan aktyor axşam.az-a açıqlamasında təəssüratlarını bölüşüb.
O bildirib ki, təmtəraqlı ad günü etməyəcək:
"Deyirlər, 40 yaşı qeyd etməzlər. Ona görə də ad günü keçirmirəm. Buna baxmayaraq əzizlərim yanımdadır. İlk təbriki anamdan və həyat yoldaşımdan aldım.
Hələ özümü 40 yaşındakı kimi hiss etmirəm.
Bir dostum mənə Maldiv adası səyahəti söz verib. Hələ ondan səs yoxdur. Ora getmək mənim üçün ən böyük hədiyyədir".
Qeyd edək ki, E.Cəbrayılov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. Aktyor Şahin Cəbrayılovun oğludur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində