“Ölən itimin yerinə onu saxlayıram”.
Bu sözləri xalq artisti Flora Kərimova ölən iti haqda Metbuat.az-a danışarkən deyib:
“Bir itim var idi, düz 15 ildir bizimlə idi. Sonra xəstələndi, onu xilas edə bilmədik. Bu yaxınlarda köməkçim Yaqut mənə dedi ki, bəs bağın yaxınlarında kiçik bir it balası tapıb. O qədər zəif idi ki, evə gətirdik. İndi ona ölən itimin adı ilə səslənirik. Mən heyvanlarla oynaya bilmirəm. Amma onlara yazığım gəlir”.
Dilarə Zamanova
İZLƏYİN: Aygün az sonra bikinidə sizə yaxınlaşacaq - VİDEO - Oxumaq üçün bura tıkla |