SON DƏQİQƏ: İŞİD lideri xortladı!

İŞİD lideri Əbubəkr əl-Bağdadinin sağ olması haqda məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, bu haqda Şimali İraq Kürd Muxtariyyətinin Terrorla mübarizə təşkilatının rəhbəri Lahur Talabani "Röyters"-ə açıqlamasında deyib. O, Bağdadinin Rəkkada olduğunu iddia edib.

Qeyd edək ki, Rusiya Əbubəkr əl-Bağdadinin Suriyadakı hava hücumları zamanı öldürüldüyünü açıqlamışdı. ABŞ isə heç bir dəlilin olmadığı üçün məsələyə mövqe bildirməkdən imtina edib.

Bağdadi ilk və son dəfə 2014-cü ilin 28 iyununda görünüb.

İstanbulda erməni terror: Keçmiş nazirimiz... - Qanlı tarix-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR