Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycana Bakı-Tbilisi-Qars layihəsinin işləməsi lazımdır: "Çini bu ölkəyə yalnız BTQ vasitəsilə birləşdirmək olar. Ona görə də biz Qazaxıstanın yeni limanına investisiyalar qoyuruq".
O qeyd edib ki, bu mövzu sabah Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri başçılarının görüşündə müzakirə oluna bilər.