Dünyanın ən yaraşıqlı kişilərindən biri görüntüsü ilə təccübləndirib. Belə ki, Bred Pitt ictimaiyyət içərisinə dırnaq boyası ilə çıxıb.
ANS PRESS-in məlumatına görə, bir festivalda mükafat təqdim etmək üçün səhnəyə çıxan aktyorun barmaqları diqqət çəkib. Onun bir necə dırnağında dırnaq boyası olub. Ən maraqlısı odur ki, boyalar fərqli rənglər və formada idi.
Onun nə üçün belə etdiyi bilinməsədə, uşaqlarının bu işdə əli olduğu istisna deyil.
Çünki Bred Pitt ilə Ancelina Colinin yay aylarında baş tutan toylarında belə uşaqların "dizaynerlik qabiliyyətindən" istifadə edilmişdi. Cütlüyün 3-ü doğma, 3-ü ögey olan uşaqları Colinin fatasının üzərində rəngarəg şəkillər çəkmişdilər.