Ödəniş terminallarındakı böyük problem - Çıxış yolu nədir?

Elektron pul kisəsinə pul yükləmək itəyən şəxslər elektron terminallardan istifadə edir. Lakin bəzi hallarda pul hesaba köçmür.

Bununla bağlı terminal şirkətinə zəng edən zaman texniki problem olduğunu, hesaba pulun köçürülməsi üçün bildiriş kağızının kodunu təqdim etməyinizi istəyirlər. Bildiriş kağızını saxlamısınızsa, pul hesabınıza köçürülür. Əks halda atalar demiş, “İp də getdi, it də”.

Bununla bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirdi ki, pulların virtual hesaba qoyulması zamanı qarşıya çıxan problemlər müxtəlif şirkətlərin fırıldaqçılıq elementi deyil, sadəcə olaraq proqram təminatlarının yaxşı işləməməsi, yaxud pul qəbul edən strukturun pulun oturması üçün nəzərdə tutulan hesablarla uyğunlaşmaması ilə bağlıdır:

“Belə problemlər ortaya çıxan zaman bildiriş kağızını götürüb, şirkətlə əlaqə saxlamaq lazımdır. İstənilən halda, 100%-lıq problemin həll olunmasını istəyirsinizsə, sadəcə olaraq birbaşa insanların oturduqları qurumlardan pulu köçürmək daha düzgündür. Nəzərə almaq lazımdır ki, hər bir virtual mədaxil hesabları kartdan pulları qəbul edir. Bu formatın seçilməsi daha düzgün və effektivdir. Çünki bankda kart hesabdından hər hansı bir məbləğ göndərilən zaman qeyd olunur. Və istənilən vaxt pulun köçürülməsi ilə bağlı kağızı bankdan ala bilərsiniz”.

DİQQƏT: Telefonunuza baxın, şəkillər, videolar yerindədir? - VİDEO - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ   


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR