Zaza Vaşakmadze: "Bu il də məscidlərin qeydiyyat məsələsinə baxılacaq"

Zaza Vaşakmadze: "Bu il də məscidlərin qeydiyyat məsələsinə baxılacaq"
19:07 8 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 19:02 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. “Dini icmalara maliyyə yardımı ayırmaq yenilikdir. Bu layihə ilk dəfə Gürcüstanda həyata keçirilir”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Azərbaycan jurnalistlərinə açıqlamasında deyib. O bildirib ki, yardım 4 icmaya ayrılıb: “Keçən il dövlət müxtəlif dini icmalara bir neçə milyon lari yardım ayırmaq barədə qərar verib. Bu il isə 3 milyon 500 min lari yardım ayrılacaq. Bu vəsaitin xərclənməsi bir neçə meyarla müəyyənləşəcək. Dövlətin ayırdığı yardım təhsil, mədəni, xeyriyyə, bərpa işlərinə və dinin təbliğinə, eyni zamanda dini kitabların nəşrinə, qəzet və jurnalların buraxılmasına sərf olunacaq”.  

 

Z. Vaşakamadze dövlət büdcəsindən ayrılan vəsaitin Gürcüstan Pravoslav Kilsəsi, Gürcüstan Müsəlmanlar İdarəsi, erməni Apostol Pravoslav Müqəddəs Kilsəsi və yəhudi icmasına veriləcəyini söyləyib: “Gürcüstanda fəaliyyət göstərən dini konfessiyalar dövlətimizin mənafeyi uğrunda çıxış etməlidir. Gürcüstan elə bir unikal dövlətdir ki, burada şiə və sünnilərin birliyi baş tutub. Biz bütün icmalara qayğı ilə yanaşır və yardım edirik”.

 

Z. Vaşakmadze məscidlərin qeydiyyatdan keçirilməsinə də münasibət bildirib: “Agentliyin nəzdində xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiya məscidlərin hüquqi sənədlərini öyrəndikdən sonra qeydiyyat məsələlərini nəzərdən keçirəcək. Keçən il komissiyanın iclasında 21 məscidin qeydiyyatdan keçməsi məsələsinə baxılıb. Agentliyimiz 6 aydır ki, yaradılıb. Biz ümumilikdə 44 məscidin qeydiyyatına baxacağıq”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR