"Report"un məlumatına görə, bununla əlaqədar CAR-ın Denel və CSİR şirkətlərinin nümayəndələri, CAR-ın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Vika Xumalonun müşaiyəti ilə Bakıya səfərə gəliblər.
Şirkətlərin nümayəndələri Azərbaycanın bir sıra universitetlərdə görüşlər keçiriblər və bir sıra nazirliklərdə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda da görüşlərin keçirilməsi planlaşdırır.
Şirkətlər Azərbaycanda sərhədlərin, neft qurğularının, boru kəmərlərinin mühafizəsi və s. bu kimi sistemlərin yaradılması üzrə işlərin aparılmasında maraqlıdılar.