Ekvador millisinin hücumçusu Felipe Kaysedo karyerasını İtaliyada davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard "Latsio" ilə müqavilə imzalayıb. Roma klubu müqavilə müddəti və maliyyə detallarını açıqlamayıb.

Qeyd edək ki, Kaysedonun transferi "Espanyol"a 3 milyon avro qazandırıb. Kaysedo 2014-cü ildən katalonların şərəfini qoruyurdu. O, karyerası ərzində "Mançester Siti", "Malaga", "Levante", "Lokomotiv"in də formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində