ABŞ-Rusiya müharibəsi, Qarabağın taleyi...

ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini imzaladıqdan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sanksiyaların təəssüf doğurduğu barədə mətbuata açıqlama verib.

Daha sonra Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Onlar iki ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu bildirdi ki, hazırda ABŞ-la Rusiya arasında iqtisadi-ideoloji müharibə gedir:

“Tramp adminstrasiyası Rusiyaya iqtisadi-ideoloji müharibə elan etdi. Rusiya tərəfi isə həmin müharibəni qəbul etdi və aparır. Amma hərbi anlamda müharibədən söz gedə bilməz. Çünki bu dövlətlər dünyanın ən iri iki nüvə dövlətidir. İqtisadi-ideoloji müharibə heç də hərbi müharibədən az təsirli deyil”.

Siyasi şərhçi əlavə etdi ki, münasibətlərin gərginləşməsi Azərbaycana da təsir edəcək:

“ABŞ çalışacaq ki, Azərbaycanı öz tərəfinə çəksin. Soçi görürüşünün əsasında da bu dayanırdı. Yəni, dünyada ciddi proseslər gedir. Rusiya indidən Azərbaycana onun yanında olması ilə bağlı sözünü deməyə çalışır. Bununla bağlı ABŞ-ın vitse-prezidenti də regiona səfər etdi. ABŞ-ın Azərbaycana müəyyən hərbi texnikalar təklif eləmə variantı var. Ona görə, Azərbaycanla bağlı ideoloji çarpışma olacaq. Azərbaycan isə müstəqil siyasətini davam etdirməklə, öz maraqlarına uyğun əməkdaşlıq variantı işləyib hazırlaya biləcək”.

Mübariz Əhmədoğlu əlavə etdi ki, ABŞ-la Rusiya arasında qarşıdurma Dağlıq Qarabağ tənzimlənməsinə müsbət təsir edəcək:

“Çünki bu vaxta qədər bu iki dövlət Dağlıq Qarabağ məsələsini həl eləməklə bağlı razılığa gəlmişdilər. İndi onlar arasındakı ədavət Dağlıq Qarabağ probleminin tənzimlənməsində də özünü göstərəcək. Ermənilər bu məsələdə əziyyət çəkən tərəf olacaqlar. Onların mövqeyi dəyişiləcək. Bu da Azərbaycanın xeyrinədir”.

Tramp o qərarı imzaladı, Putinin cavabı isə... - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR