"Kopenhagen" çox güclüdü, "Qarabağ"ın işi çətin olacaq".
Publika.az bildirir ki, bu sözləri apasport.az saytına "Qarabağ"ın sabiq qapıçısı Cəmaləddin Əliyevdeyib.
Son Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off
mərhələsində qarşılaşacağı "Kopenhagen"lə artıq bir dəfə üz-üzə
gəlib. Belə ki, 1998-99 mövsümündə Kuboklar Kubokunun təsnifat
mərhələsində danimarkalılar təmsilçimizin qapısından iki görüşdə 10
top keçiriblər - 6:0, 4:0.
Həmin vaxt Ağdam klubunun qapısını qorumuş Cəmaləddin Əliyev
rəqibin əsas silahının "ikinci mərtəbə" olduğunu bildirib:
"Bizim vaxtımızda komandamızda legioner futbolçu yox idi,
bütünlüklə yerlilərlə oynayırdıq. Həmin vaxt böyük hesablı
məğlubiyyətlərin əsas səbəblərindən biri də bu idi. Danimarka
klubunun oyun üslubu bizim üçün arzulounmaz idi. Düzdü, indi hansı
stildə oynadıqlarını bilmirəm. Amma bizimlə qarşılaşmalarda əsasən
cinah asmalarına və standart vəziyyətlərə üstünlük verirdilər.
Qapımıza qolları da bu yolla vururdular".
Sabiq qolkiper hesab edir ki, "Kopenhagen" indi "Qarabağ"ın
qapısından çox top keçirə bilməz:
"İnanmıram ki, "Kopenhagen" bu dəfə "Qarabağ"a çox qol vura bilsin. Çünki "Qarabağ" da çox güclü komandadı, öz dəst-xətti var. Fikrimcə, şanslar yarı-yarıyadı. "Kopenhagen"in indiki durumu haqda heç bir məlumatım olmasa da, "Qarabağ"ın bu mərhələni keçəcək gücdə olduğunu düşünürəm".