"Space"-in aparıcısının bütün ailə üzvləri öldü - "Çox pisəm, çox..."

“Space” telekanalının aparıcısı Zamirə Dadaşova ağır yol qəzası nəticəsində bir gündə ailəsinin altı üzvünün vəfat etməsi barədə sosial şəbəkədə paylaşım edib.

O, başına gələn faciədən sonra artıq dayanacaq gücünün qalmadığnı bildirib. 

“Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...”. 

“Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də, içim özümü, çölüm özgəni yandırır. 

İnsan məhv olur, içi göynəyir, ürəyi parçalanır, nəfəsi çatmır, boğulur. Hər gün əylənib, dostlar ətrafında olub içərəm ki, heç nəyi düşünməyim. Bu durumda ya dəli olmalısan, ya sərxoş... Ya da ölmək lazımdır. Heç biri də olmur ki, rahatlayasan. Çox pisəm, çox... Hər dəfə məzarlıqdan ölüb qayıdıram”, - deyə əlavə edib. //Oxu.az


VİDEO: Rəqsanənin həyat yoldaşı bu kişidir - Görüntüləri yayıldı... - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR