UEFA Serbiyanın "Partizan" klubunu cəzalandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Belqrad təmsilçisi evdə oynayacağı növbəti iki avrokubok qarşılaşmasını boş tribunalar önündə keçirəcək.

"Partizan" həm də 130 min avro cərimə ödəməli olacaq. Buna səbəb son iki avrokubok matçında qeydə alınan xoşagəlməz hallardı.

Monteneqro "Buduçnost"u ilə (2:0) və Yunanıstan "Olimpiakos"u (1:3) ilə görüşlərdə fanatlar pirotexniki vasitələrdən istifadə edib, meydana kənar əşyalar atıb. Meydana da daxil olan serbiyalı azarkeşlərin irqçi şüarları da cəzaya əlavə təkan verib.

Beləliklə, paytaxt klubu avqustun 17-də Macarıstan "Videoton"u ilə keçirəcəyi Avropa Liqasının pley-off matçını azarkeşsiz oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində