Bölgələrdə fəliyyət göstərən bəzi restoran və kafelərdə müştərilərə menyu təqdim olunmur.

Təqdim edilən yeməklərin qiyməti və çeşidləri ilə bağlı məlumatsız qalan müştəri orta hesabla nəsə sifariş edir. Sonda təxmin olunan məbləğdən 2-3 dəfə çox hesab gəlir. Müştəri fırıldağa məruz qaldığını anlasa da, gec olur. Əslində isə menyunun olmaması və qiymətin göstərilməməsinə görə cərimə mövcuddur.

Bu barədə Metbuat.az-a açıqlama verən hüquqşunas Asif Abdullayev bildridi ki, İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında Qanuna əsasən, müştəri qiymət və təklif edilən xidmətlər haqqında tam və dəqiq məlumat almaq hüququna malikdir:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, qiymət intizamının pozulması, yəni göstərilən xidmət üçün qiymət cədvəlinin (menyuların) olmaması, onların düzgün tərtib edilməməsinə görə sözügedən obyektlər 800 manatdan 1000 manatadək cərimə edilir”.

Erməni terroru: Xeyli sayda yaralı və... - QANLI TARİX - Oxumaq üçün tıklayın

Xəyalə Məmmədova / METBUAT.AZ