Müğənni Castin Biber sevgi elan etdiyi qızdan rədd cavabı alıb.
Publika.az xarici KİV-ə istinadən bildirir ki,
ifaçı İnstaqram üzərindən Cessika Qober adlı idman müəlliminə sevgi
mesajı göndərib. O, şəkildəki qızın kimliyini və ondan xoşu
gəldiyini soruşub.
Cessika isə Castinin mesajını skrin edərək “Twitter” hesabında
paylaşıb və sənətçini biabır edib.
Daha sonra İnstaqram səhifəsində sevgilisi ilə şəklini yerləşdirən
Qober onunla xoşbəxt olduğunu və Biberə heç bir dəfə də şans
verməyi düşünmədiyini söyləyib.
.jpg)
