Play Store

Tərəflər yenidən üz-üzə - DAĞLIQ QARABAĞ məsələsi masaya yatırılır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AzərbaycanErmənistan xidmətlərinə müsahibəsi zamanı bildirib ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər.

Məsələyə münasibət bildirən siyasi şərhçi Arzu Nağıyev bildirib ki, prezidentlərinin görüşünün baş tutması, hələ ki tam şəkildə dəqiqləşməyib:

“Çünki iyul ayının 11-də xarici işlər nazirlərinin görüşü zamanı Nalbandyan qeyri-adekvat çıxış elədi və naməlum mətnlə bəyant verdi. Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı danışıqlar masasına qaytarmaq üçün müəyyən addımlar atdı. Buna nə Fransa, nə də Amerika nail ola bildi. Rusiya çaılışdı ki, görüşlər baş tutsun. Bilirsiniz ki, sentyabrda Nyu-Yorkda BMT-nin böyük bir tədbiri keçiriləcək. Həmin tədbirdə həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi iştirak edəcəklər. Burada xarici işlər nazirlərinin görüşü baş tutmalıdır. Bu görüşdə müəyyən kompromisə gəlinsə, artıq prezidentlər səviyyəsində də görüşün keçirilməsi mümkün ola bilər. Bu da tam şəkildə həllini tamayıb. Amerikanın təklifi ondan ibarətdir ki, snayperlər döyüş bölgəsində aralansın, döyüş səngisin, sülhməramlı addımlar atılsın. Azərbaycanın isə işğal olunmuş ərazilərindən erməni əsgərlərinin çıxarılması əsas məqamlardan biridir və birincisidir. Bu məsələ həll olunandan sonra artıq Dağlıq Qarabağ seperatçılarının statusu və digər məsələlər ətrafında Azərbaycanın suverenliyi ilə bağlı müəyyən danışıqlara getmək olar. Bizim əsas məqsədimiz bundan ibarətdir. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılacaq”.

ABŞ Türkiyəni cəzalandıra bilər - AÇIQLAMA - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR