Torpaq altından cəsədlər çıxır -

Syerra Leonenin paytaxtı Fritaunda aramsız yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 315 nəfərə çatıb.

Metbuat.az-ın məlumatına görə, hökumət daha yüzlərlə insanın itkin düşdüyünü açıqlayıb. Axtarış əməliyyatlarına xilasedicilərlə yanaşı hərbçilər də cəlb olunub. Təbii fəlakət nəticəsində çox sayda ev dağılıb.

Bölgədə yeni torpaq sürüşmələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edilib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR