Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır
19:37 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq 23 avqust tarixindən etibarən sözügedən yolun Mehdiabad-Balaxanı hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq mədudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məhdudlaşdırma yolun “Təmiz şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinədək olan 5.5 m-lik hissəsini əhatə edəcək.
Sürücülərə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR