Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Türkiyə Prezidentinin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək.

Türkiyə Prezidentinin Azərbaycana səfəri sentyabrın 9-da başa çatacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 9-da isə Bakıdan Qazaxıstana səfərə yola düşəcək.

Xatırladaq ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı. //Ölkə.az