Dənizkənarı Milli Park son zamanlar intihar məkanına çevrilib desək, yanılmarıq.
Metbuat.az xəbər verir ki, bulvar ərazisində intihara cəhd nəticəsində xilas edilənlərlə yanaşı, təəssüf ki, həyatla vidalaşanların da sayı az deyil.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev bulvar ərazisində baş verən intihar hallarının qarşısının alınması tədbirlərindən danışıb:
“Belə halların baş verməməsi üçün mühafizə xidmətinin əməkdaşları bulvar ərazisində müntəzəm şəkildə fəaliyyət göstərir. Onlara dəniz kənarında gəzən insanlara qarşı son dərəcə diqqətli olmaq barədə göstəriş verilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları ilə qarşılıqlı şəkildə fəaliyyət göstəririk. İntihar halları zamanı strukturlara təcili məlumat verilir. Təəssüf ki, bəzi hallarda ölüm hadisələri olur. İntihara hazırlaşan şəxsin niyyəti bilinmədiyindən ona qarşı tədbirlərin görülməsi də çətinləşir. İntihar hallarının qarşısının alınması üçün maarifləndirmə işlərinə ehtiyac var”.
Aytən Novruzova / Metbuat.az
| Piyadaların vurulması ilə nəticələnən yol qəzaları - Səbəb nədir...-Oxumaq üçün tıkla |