Seul Koreya Xalq Demokratik Respublikası ətrafında münaqişənin hərbi yolla həllinin əleyhinə çıxış edir.
Publika.az xəbər verir ki, bunu Cənubi Koreyanın XİN rəhbərinin müavini Ço Hyon deyib.
O, bildirib: "Biz 2 şeyi qəbul edə bilmərik. Onlardan biri münaqişənin hərbi yolla həll olunmasıdır, ikincisi isə biz KXDR-nın nüvə dövləti kimi tanımasıdır". (trend)