Tanınmış müğənni Elvin Mirzəzadə anidən ortaya çıxan qohumlarına görə heyrət içində qalıb.

Mətbuat. az xəbər verir ki, yeni mahnısı "Düşün məni" ilə rekord qıran müğənninin yeni qohumları peyda olub və gecə-gündüz ona zəng etməyə başlayıblar:

"Sən demə, mənim çoxlu qohumlarım var imiş. Siz təsadüfə baxın ki, mahnı tutan ərəfəyə düşdü bu qohumların zəngləri. Onları tanımaq və onların hər zaman "diqqət"ində olmaq necə gözəl duyğudu, sözlə ifadə edə bilmirəm...

Mən elə bilirdim ki, siz ancaq toylarımızda say artırmağa və yas yerlərində mağar qurmağa yarayırsınız. Yanılmışammış... "

Xatunun mahnısı müzakirələrə səbəb oldu - VİDEO - Oxumaq üçün tıkla