1916-cı ildə ilk azərbaycanlı təyyarəçi, Çar Rusiyası ordusunun zabiti Fərrux ağa Qayıbov Birinci Dünya müharibəsində Vilnüs üzərində ilk hava döyüşundə iştirak edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.
1942-ci ilin bu günü Böyük Vətən müharibəsinin gedişində azərbaycanlılardan ibarət 416-cı "Taqanroq" milli diviziyası təşkil olunub. Diviziya Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib.
1852-ci ilin bu günü İngiltərədə ilk pulsuz kitabxana fəaliyyətə başlayıb.
1952-ci ildə Cenevrədə müəllif hüquqları haqqında beynəlxalq Konvensiya imzalanıb.
1973-cü ilin bu günü Rusiyanın estrada müğənnisi, «Laskovıy may» qrupunun solisti Yuri Şatunov anadan olub.
1986-cı ildə Ankaradakı sinaqoqda törədilən terror aktı nəticəsində 21 nəfər həlak olub.
2007-ci ildə dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti vəfat edib.
Aytən Novruzova / Metbuat.az
| Piyadaların vurulması ilə nəticələnən yol qəzaları - Səbəb nədir...-Oxumaq üçün tıkla |