Rusiyanın paytaxtı Moskvadakı məktəblərdən birində silahlı insident baş verib.
Metbuat.az xəbər verir ki, müəllimə balta ilə hücum edən 15 yaşlı şagird sonradan odlu silahdan ətrafa atəş açmağa başlayıb. Hadisə nəticəsində müəllim və 3 şagird yaralanıb. Məktəb 1 günlük bağlanıb.
Hadisəni törədən məktəbin keçmiş şagirdi Mixail Kleboldun psixoloji problemləri olduğu bildirilir. Onun hadisəni törədən gün sosial media hesabında “Həyatımı silin” adlı statusu da ortaya çıxıb.
Aytən Novruzova / Metbuat.az
| Tarixdə bu gün - 6 SENTYABR-Oxumaq üçün tıkla |