NATO-ya məxsus təyyarə Əfqanıstanda toy mərasiminin keçirildiyi ərazini bombalayıb.

Metbuat.az xəbər verir ki, hadisəyə səbəb kimi Kabil şəhərinin Qarabağ rayonunda keçirilən toyda havaya atəş açılması göstərilir. Nəticədə 2 nəfər ölüb, 3-ü isə yaralanıb. Hadisə ilə bağlı araşdırma başlayıb.

NATO-nun Əfqanıstandakı bazasının rəhbərliyi isə hadisə ilə bağlı açıqlama verməyib.

Aytən Novruzova / Metbuat.az

Milli Parkda intihar halları niyə artıb? - Həyatla dənizdə vidalaşanlar...-Oxumaq üçün tıkla