7 sentyabr 1914-cü ildə tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Haşım oğlu Cəfərov anadan olub.
1939-cu ilin bu günü şair, tərcüməçi, ssenarist Mənsur Fəxri oğlu Vəkilоv anadan olub.
7 sentyabr 1991-ci ildə erməni təxribatçı dəstələrinin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut (indi Xocavənd rayonun tərkibindədir) rayonunun azərbaycanlılar yaşayan Tuğ kəndinə silahlı basqını nəticəsində 2 sakini öldürülüb.
Xankəndi yaxınlığında sərnişin avtobusunun atəşə tutulması nəticəsində isə 3 azərbaycanlı öldürülüb, 4 nəfər yaralanıb.
7 sentyabr 2006-cı ildə BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub.
1943-cü ilin bu günü İkinci Dünya müharibəsi zamanı İtaliya müttəfiqlərə təslim olub.
7 sentyabr 1953-cü ildə Xruşşov SSRİ rəhbəri olub.
1956-cı ilin bu günü BMT köləliyi və qul ticarətini qadağan edən qətnamə qəbul edib.
7 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələr qurulub.
Aytən Novruzova / Metbuat.az
| Bəşər Əsəd kimyəvi silahdan istifadə etdi - 40 ölü, 200 yaralı-Oxumaq üçün tıkla |