Gənclər və idman naziri Azad Rəhimov 8 sentyabrda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhərlərindən olan sakinləri qəbul edəcək.
Metbuat.az xəbər verir ki, qəbul saat 11.00-da Göygöl Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, bu, Azad Rəhimovun vətəndaşlarla çoxsaylı görüşlərindən biri olacaq.
Aytən Novruzova / Metbuat.az