Tanınmış azərbaycanlı müğənni Nazənin “Səni sevərəm” adlı yeni mahnısını təqdim edib.
Mətbuat.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Əli Qafarlıya, musiqisi Ruslan Səfəroğluna, aranjimanı İsmayıl Əlizadəyə məxsus olan bu mahnının xit olacağına əmindir:
“Bu günə qədər bir çox bəstəkarların mahnısını oxumuşam. Özündən razılıq kimi çıxmasın, ifa etdiyim bütün mahnılar dillər əzbəri olub. Yəqin ki, bu da Allahın mənə verdiyi bir şansdır. Hər bir müğənniyə bu nəsib olmur. Oxuduğum mahnıları şou-biznesin bir çox tanınmış simaları da öz repertuarına daxil ediblər. Bu da məni bir müğənni kimi sevindirir. Bu gün təqdim etdiyim “Səni sevərəm” adlı mahnım bu gündən “Youtube” kanalıma yüklənib. Bəstənin seviləcəyinə tam əminəm. Bu mahnı 2017-ci ilin hit mahnısı olacaq”.
İfaçı onu da əlavə edib ki, yeni mövsümə yeni sürpriz layihə hazırlayır: “Ümumiyyətlə, mən daim yaradıcılığım üzərində işləyirəm. Bir mahnı oxuyub, yerində saymaq mənlik deyil. Yeni mövsüm üçün tam 7 mahnı hazırlamışam. Bundan başqa yeni sürpriz layihə üzərində çalışıram. Bu layihə barədə tam məlumat vermək hüququm yoxdur. Yaxın günlərdə hər şeyi biləcəksiniz.”
| Azərbaycanlı aktrisa Sibel Canla eyni serialda... - Oxumaq üçün tıkla |