Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ATV kanalında “Məlahətli söhbətlər” adlı veriliş aparacaq. Dünən yeni verilişlə bağlı təqdimat keçirilib.

Mətbuat.az xəbər verir ki, aktrisa verilişində bəzi yerli tanınmışlara qadağa qoyacağını bildirib. O bildirib ki, bir çox azərbaycanlı məşhurlar türkiyəli ulduzlarla eyni verilişdə iştirak etmək üçün indidən ələ-ayağa düşüblər. Ancaq onun əsas məqsədi ustad adlandırdığı şəxsləri bir-birilə tanış etməkdi. Düzdür, aktrisa konfransda heç bir yerli məşhurun adını çəkməyib. Ancaq şou jurnalistləri yaxın vaxtlarda baş verənləri nəzərə alıb, bu şəxslərin əməkdar artist Röya Ayxan və xalq artisti Amaliya Pənahova olduğunu bildiriblər.

Bununla bağlı Röya Ayxanla əlaqə saxladıq. Əməkdar artistin mətbuat katibi Türkan Məmmədli bildirdi ki, müğənni bu mövzu haqqında açıqlama vermək istəmir.

Xatırladaq ki Məlahət Abbasova bir il əvvəl Röyanın “Bəyaz şou”da iştirakına irad bildirmişdi: "Onun Bəyazın verilişinə ehtiyacı yox idi". Bu irada Röya sərt şəkildə cavab vermişdi.

Azərbaycanlı aktrisa Sibel Canla eyni serialda... - Oxumaq üçün tıkla