Məğlubiyyət qorxusu, Ermənistan qaçdı...

Ermənistan 3 sentyabrda Gürcüstanda start götürən "Agile Spirit 2017" ("Çevik ruh - 2017") çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib. 

Metbuat.az-ın verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. "Agile Spirit 2017" təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir.

“Ermənistanın Gürcüstanda keçirilən çoxmillətli hərbi təlimlərdə iştirakdan imtinası məsələsinin arxasında Rusiya faktoru dayanmır”.

Bunu Metbuat.az-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib.

"Ermənistan Qazaxıstanda snayperçilər arasında keçirilən yarışın seçim turunu belə keçə bilmədiyindən təlimlərdən uzaqlaşdırıldı. Onlar Azərbaycanlı hərbçilərin professionallığını nəzərə alaraq təlimlərdə iştirakdan imtina edib. Məğlubiyyət qorxusu Ermənistanı təlimlərdən qaçırır".

Aytən Novruzova / Metbuat.az

Uşaq bağçasındakı ölüm hadisəsinin - Təfərrüatları-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR