Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti anidən kəskin pisləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı Metbuat.az-a 98 saylı uşaq bağçasından verilən açıqlamada hadisənin təfərrüatlarından danışılıb:

“Yazılanlar doğrudur. Nərgiz xanımın səhhətində problemlər var idi, infarkt keçirmişdi. Vəfat etməzdən həvvəl halı pisləşib, əməkdaşlar yardım etsə də, həyatını xilas etmək mümkün olmayıb”.

Aytən Novruzova / Metbuat.az

İsrail Suriyaya hava zərbələri endirdi-Oxumaq üçün tıkla