Azərbaycan - İsrail əlaqələri

İsrailin baş naziri Benyamin Netanyahu digər ölkələrlə sıx əlaqələrin qurulması barədə XİN-də düzənlənən yəhudi bayramları münasibətilə qəbulda çıxış edərkən danışıb.

Netanyahu əvvəllər Çin, Hindistan və Yaponiya, həmçinin müsəlman ölkələri - Azərbaycan və Qazaxıstanla əlaqələrin olmamasından danışıb.

Daha sonra baş nazir qeyd edib ki, bu ölkələrlə son iki ildə sıx əlaqələr qurulub.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu İsrail-Azərbaycan münasibətlərindən danışıb:

“İki ölkə arasındakı münasibətlər tarixən müsbət olub. Azərbaycanın İsraillə hərbi sahədə sıx əməkdaşlığı mövcuddur. Aprel döyüşləri zamanı həmin əməkdaşlığın gətirdiyi müsbət nəticənin şahidi olduq. Əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da İsraillə Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğal faktorunu tanıyır. Hüquqi statusda diplomatik münasibətlərin qurulmamasının isə obyektiv səbəbləri var. Azərbaycanın İsraildə səfirliyinin olmamasını İsrail tərəfi də dərk edir”.

Aytən Novruzova / Metbuat.az

Suriya ordusu əsas strateji məntəqələri ələ keçirib -Deyr Əz Zövr uğrunda döyüşlər-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR