Şimali Koreyaya neft embarqosu tətbiq edilə bilər

ABŞ prezidenti Donald Tramp BMT TŞ-na (Təhlükəsizlik Şurası) Şimali Koreyaya neft embarqosunun tətbiqi ilə bağlı müraciət edib. 

Metbuat.az xəbər verir ki, Trampın bu yolla Şimali Koreya rejiminin nüvə sınaqlarının qarşısını almaq istəyir.

Donald Tramp embarqo ilə bağlı mətni BMT TŞ-nın üzv ölkələrinə göndərərək, 11 sentyabrda səsverməyə qoyulmasını xahiş edib.

Sənədə Şimali Koreya lideri Kim Çen Inın xaricdəki sərvətinin dondurulması, səyahətinə qadağa, ölkəyə tekstil ixracı və Şimali Koreya vətəndaşlarının xarici ölkələrdə işləməsinə qadağanın tətbiqi daxildir. 

Qeyd edək ki, BMT Şimali Koreyaya nüvə proqramı səbəbilə 2006-cı ildən bu vaxta qədər 8 sanksiya tətbiq edib.

Aytən Novruzova / Metbuat.az

Azərbaycan - İsrail əlaqələri - Tarixi dostluq



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR