İŞİD Qərb ölkələrində terrora hazırlaşır

İraq Kürd Regional Hökumətinin kəşfiyyat üzrə rəsmisi Lahur Təlabani İŞİD-in Qərb ölkələrində terrora hazırlaşdığını bildirib.

Metbuat.az xəbər verir ki, “The Telegraph” qəzetinə açıqlama verən Təlabani eyni zamanda İŞİD lideri Əbu Bəkr Bağdadinin 99 faiz ehtimalla həyatda olduğunu və Suriyanın Rəqqa şəhərinin cənubunda gizləndiyini bildirib:

“Hay-küyə səbəb olacaq terror aktları məhz Bağdadi tərəfindən planlaşdırılır”.

Qeyd edək ki, nəzarətində olan torpaqların təxminən 90%-ni itirən İŞİD ötən ay İspaniyada törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Aytən Novruzova / Metbuat.az

O, Qətər böhranının həllinə çalışır - Küveytdə önəmli açıqlama-Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR