Türkiyənin məşhur müğənnisi Hande Yener Naxçıvan Muxtar Respublikasında konsert proqramı ilə çıxış edib.
Naxçıvanın məşhur otellərinin birində sənətçi sevənlərini musiqiləri ilə coşdurub.
Konsert proqramına qatılan türk sənətçisi izdihamla qarşılanıb.
Qeyd edək ki, bu, ifaçının Azərbaycana ilk qastrol səfəri deyil. //Yenicag.az