Deyrizor şəhəri uğrunda əməliyyatlar başlayıb

PKK-nın Suriya qolu olan PYD Deyrizor şəhərində əməliyyatlara başlayıb.

Metbuat.az xəbər verir ki, ABŞ-ın dəstəklədiyi qruplaşma şəhərin azad olunması istiqamətində hərəkətə keçib. Yerli mənbələrə əsasən, əməliyyatlara Qırxyeddi diyarından başlanıb.

Qeyd edək ki, 230 min əhalisi olan Deyrizorun əksər hissəsi 2014-cü ilin iyulundan etibarən İŞİD nəzarətindədir.

Bəşər Əsəd rejiminin xəbər agentliyi olan "Səna Ərəb İnformasiya Agentliyi" 5 sentyabrda hökümət qüvvələrinin Deyrizorun mərkəzinə yaxınlaşaraq İŞİD-in 3 illik müqavimətini qırması haqqında informasiya yayıb.

Aytən Novruzova / Metbuat.az

Zəlzələdə ölənlərin sayı artdı - MEKSİKA / FOTOLAR-Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR