Xanımların qışa hazırlığı davam edir.
Metbuat.az bu dəfə pomidor turşusunun hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
Pomidor
Duz
Şəkər tozu
Çətirli şüyüd
Qara qarağat yarpağı
Qara istiot
Su
Hazırlanması:
Turşu yuyulmuş və saplaq tərəfdən deşilmiş zədəsiz, yetkin və böyüklükləri bənzər pomidorlardan hazırlanır. Daha sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Məhsul adi temperaturda saxlanır.
Nuş olsun!