Çayın yanında ləzzətindən doymayacağınız keks hazırlamaq istəyirsiniz?
Metbuat.az yaş keksin hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
3 ədəd yumurta
1 su səkanı şəkər tozu
1 su stəkanı süd
1 stəkan duru yağ
2 x/q kakao
2.5 stəkan un
1 paket vanil
1 paket qabartma tozu
Sousu üçün:
1 stəkan yarım süd
1 stəkan şəkər tozu
1 stəkan yağ
Kakao
Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalın. Üzərinə süd, duru yağ və kakao töküb çalmağa davam edin, digər inqridentləri əlavə edib yaxşıca qarışdırın. Soba qabını yağlayıb keksi siniyə tökün. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişirin. Ayrı qabda sousu hazırlayın. Sous üçün təqdim olunan inqridientləri 2-3 dəqiqə qaynadın. Keks hazır olandan sonra sousu əlavə edin. 2-3 saat soyumasını gözləyin.
Nuş olsun!
Aysel Yaqubqızı / Metbuat.az